RU

III MDB Oyunlarının ilk nümayəndə heyətləri artıq Azərbaycandadır

BAKI, 24 sentyabr. TELEQRAF

III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri ölkəmizə gəlməyə başlayıblar.

Teleqraf xəbər verir ki, ötən gecə Belarus, Qazaxıstan, Özbəkistan və Tacikistandan olan idmançılar Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş ediblər.

Onlar futbol, stolüstü tennis, kamandan oxatma və sambo idman növlərində mübarizə aparacaqlar. Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıblar.

Bakıya eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi şəhərlərə yola düşüblər.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

Избранный
20
7
teleqraf.com

8Источники