RU

Tramp: Özbəkistan lideri öz sözünün adamıdır

Tramp:

Özbəkistan ABŞ-dan dəyəri 8 milyard dollardan çox olan 22 təyyarə alacaq.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

“Mən, bu ayın əvvəlində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə danışdım”,- o qeyd edib.

“Prezident Mirziyoyevi “Boeing” ilə əla sövdələşmə imzalaması münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan Hava Yolları dəyəri 8 milyard dollardan çox olan 22 “Dreamliner” təyyarəsi alır. Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq. Prezident Mirziyoyev öz sözünün adamıdır və biz bir çox başqa sahələrdə birgə işləməyə davam edəcəyik”,- Tramp qeyd edib.

ELÇİN
Избранный
18
2
reyting.az

3Источники