RU

Ərdoğan ABŞ beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) dəstəyi ilə ABŞ beyin mərkəzlərinin nümayəndələri ilə görüşdə iştirak edib.

Məlumatı “Anadolu” verib. 

Tədbir Prezident Ərdoğanın BMT-nin 80-ci Baş Assambleyasına səfəri çərçivəsində Nyu Yorkdakı Türk Evində baş tutub.

Mətbuata qapalı keçirilən toplantıda Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Kemal Memişoğlu, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Öşər Polat və difər dövlət və hökumət rəsmiləri iştirak ediblər.

P.ƏMİRCANOV

XQ

Избранный
14
1
xalqqazeti.az

2Источники