“Real”ın yarımmüdafiəçisi Cud Belinqem zədəsini sağaldıb.
Msport.az xəbər verir ki, ingiltərəli oyunçu La Liqanın VI turunda “Levante” ilə görüşdə meydana çıxa bilər.
Görüş bu gün, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Qeyd edək ki, Klublararası Dünya Çempionatından sonra futbolçu sol çiynindən əməliyyat olunmuşdu. Belinqem ötən mövsüm bütün turnirlərdə 58 oyunda iştirak edib, 15 qol vurub və 15 qolun ötürməsini edib.