RU

AYNA 10 manatlıq şirkətdən 205 minlik alış veriş edir Zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, və s.

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Dəftərxana və təsərrüfat malları”nın satın alınması üçün tender nəticələrini açıqlayıb. Qalib şirkət “A4 Ofis” MMC olub.Demokrat.az xəbər verir ki, təklifin qiyməti 205.500,54 AZN təşkil edir.Satınalınacaq mallar və avadanlıqlar arasında zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, rəngli zakladka, klips qısqaclar, xalça və döşəmə üçün professional təmizləyici avadanlıqlar, yanacaqla işləyən ot və qazon biçənlər, plastik pəncərə setkaləri, yuvalı alətlər dəsti, laqonda və otverka dəstləri və.s daxildir.Təmizləyici avadanlıqların xüsusiyyətlərinə 60-75 m²/saat maksimum təmizləmə sahəsi, 1200 Watt turbin gücü və 26 kq çəkisi daxildir. Pəncərə setkaları isə alminium çərçivəli və elastik torluqdan ibarətdir. Yanacaqla işləyən qazon biçən 2700-3000 watt gücündədir və 36 kq çəkisi var.Qalib şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi ELŞƏN MƏMMƏDOV ABBASƏLİ OĞLUdur.Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayevdir. (32gun.az)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
5
demokrat.az

6Источники