RU

Qəzzada İsrailin aviazərbələri nəticəsində 29 nəfər həlak olub

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava hücumları nəticəsində ölənlərin sayı 29-a yüksəlib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Qəzza şəhərinə edilən bir neçə aviazərbə köçkünlər üçün çadır düşərgəsində faciəyə səbəb olub – 17-si uşaq olmaqla ümumilikdə 25 nəfər həlak olub.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin Nuseyrat qaçqın düşərgəsinə hücumu nəticəsində daha 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Xatırladaq ki, sentyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə intensiv hücumların başladığını təsdiqləmişdi. Baş nazirin sözlərinə görə, əməliyyatın məqsədi Fələstinin HƏMAS hərəkatını məğlub etməkdir. Daha əvvəl İsrail ordusu dəfələrlə yerli əhaliyə vərəqələr ataraq şəhəri tərk etmələri barədə xəbərdarlıq etmişdi.

Избранный
25
operativmm.az

1Источники