Bakıda gənc qız dərmandan zəhərlənərək ölüb.
News24.az xəbər verir ki, hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsində baş verib.
2004-cü il təvəllüdlü Sevinc Abdullazadə müalicə məqsədilə qəbul etdiyi dərmanların təsirindən zəhərlənərək gecə saat 01 radələrində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır. ( Qafqazinfo )