RU

Banqladeşli nazir: Bizdə əməkçilər üçün intensiv təhsil sistemi mövcuddur

BAKI, 24 sentyabr. TELEQRAF

Banqladeşdə əməkçilər, xüsusilə də texniki kadrlar üçün intensiv təhsil sistemi mövcuddur və çox güclü dil hazırlığı təşkil olunub.

Teleqraf xəbər verir ki, bunu “Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar - Milli Həllər” mövzusunda keçirilən tədbirdə Banqladeş Xalq Respublikasının əmək və məşğulluq naziri Muhammad Sakhavat Hussain deyib.

O bildirib ki, Banqladeş əmək tutumlu ölkədir.

"Biz hazır geyim istehsalında ikinci ən böyük istehsalçı ölkəyik və əmək bazarımız çox genişdir. Bu sahədə çalışanların 60%-i qadınlardır və onlar geyim sənayesində işləyirlər. Bundan əlavə, ölkə xaricində təxminən 3,4–3,5 milyon işçimiz fəaliyyət göstərir. Onlar demək olar ki, bütün Yaxın Şərq ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanında və bir çox digər Yaxın Şərq ölkələrində çalışırlar. Onların bəziləri texniki sahədə, bəziləri isə qeyri-texniki işlərdə, həmçinin digər sənaye sahələrində və inşaat sektorunda – yolların, stadionların və körpülərin tikintisində çalışırlar. Beləliklə, biz müxtəlif ölkələrdə ən böyük miqrant işçi qüvvəsinə malik ölkələrdən biriyik.

Bura Malayziyadan tutmuş Yaxın Şərq ölkələrinə qədər, eləcə də ABŞ, İtaliya və dünyanın bir çox başqa ölkələri daxildir, yəni işçi qüvvəmiz bütün dünyada fəaliyyət göstərir. Buna görə də bizdə əməkçilər, xüsusilə də texniki kadrlar üçün intensiv təhsil sistemi mövcuddur və çox güclü dil hazırlığı təşkil olunub. İndi işçilərin gedəcəkləri ölkələrin dillərini başa düşmələri və danışmaları üçün, xüsusilə ərəb və digər dillərdə, dil laboratoriyaları da yaradılıb".

Избранный
6
teleqraf.com

1Источники