RU

Lənkəranda məktəbin təşkilatçısı şagirdi və xadiməni döydü - RƏSMİ AÇIQLAMA - VİDEO

Lənkəran rayonunun Zövlə kəndində məktəb direktorunun müavini səlahiyyət çərçivəsini aşıb.

Ölkə.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Direktor müavininin şagirdə və xadiməyə əl qaldırdığı bildirilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə martda baş verib və sözügedən şəxs işdən çıxarılıb:

"11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür" - açıqlamada deyilir.

Billurə

Избранный
49
22
olke.az

10Источники