RU

Kiyev yeni qoşun növü qurur - Kosmik Qüvvələr fəaliyyətə başlayacaq

Ukrayna hökuməti 2025-ci ilin sonuna qədər Kosmik Qüvvələrin formalaşdırılmasını planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin Ali Radaya təqdim etdiyi fəaliyyət proqramında əksini tapıb.

Sənədə əsasən, 2025-ci il dekabrın 31-dək yeni qoşun növünün yaradılması başa çatdırılmalıdır. Bununla yanaşı, inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiə, kiber və kosmik komponentlərin ən azı 60% əməliyyat hazırlığına nail olunması hədəflənir.

Hökumət müdafiə və təhlükəsizlik sahəsində yeni modelin formalaşdırılmasını nəzərdə tutur. Proqrama görə, Ukrayna Aİ ilə kosmik əməkdaşlıq çərçivəsində "Kopernik", "Kosmik hava hadisələri" və "Yerə yaxın obyektlər" proqramlarına qoşulmaq üçün sazişin ratifikasiyası layihəsini də parlamentə təqdim etməyi planlaşdırır.

Nazirlər Kabineti 2026-cı ildən etibarən süni intellektə əsaslanan həllər, avtonom zərbə sistemləri, elektron müharibə vasitələri, aerokosmik kəşfiyyat və rəqəmsal vizuallaşdırma texnologiyalarının tətbiqini proqnozlaşdırır.

Fidan
Milli.Az

Избранный
9
1
milli.az

2Источники