RU

Lənkəranda direktor müavini şagirdi və məktəb işçisini döydü - İŞDƏN ÇIXARILDI

Lənkəranda şagird və xadiməyə fiziki şiddət göstərən məktəbin nümayəndəsi işdən çıxarılıb.

Bu barədə AZXEBER.COM-un Cənub bürosunun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Təhsil İdarəsi bu ilin mart ayında Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovun şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında araşdırma aparıb.

Məlumata görə, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, aprel ayında Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan isə "Report"a bildirilib ki, tərəflərin bu ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb:

"Müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib. Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib".

Qeyd edək ki, sosial şəbəkədə hadisə ilə bağlı görüntülər yayılıb.
 
 

Избранный
19
8
7news.az

9Источники