Türkiyəli alim prof.dr.İbrahim Saraçoğlu qəbizliyi anında yox edən möcüzəvi bir qarışım təklif edib. Bu qarışımdan yalnız bir stəkan içənlər problemdən xilas olurlar.
Medicina.az xəbər verir ki, qəbizlik, insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldan həzm problemlərindən biridir. Bir çox amil, xüsusən də qidalanma vərdişləri qəbizliyə səbəb ola bilər. Qəbizliyin əsas səbəbləri arasında kifayət qədər su içməmək, liflə zəngin qidalardan istifadə etməmək və hərəkətsizlik daxildir. Bəzən müəyyən xəstəliklər üçün istifadə edilən dərmanlar, stress və depressiya da qəbizliyə səbəb olan amillərdəndir.
Prof.Dr.İbrahim Saraçoğlu qəbizliyin daha bir möcüzəvi müalicəsini paylaşıb. Təxminən 1 stəkan qaynar suya 7-8 portağal yarpağı əlavə edin və 10 dəqiqə qaynadın. 4 gün səhər yeməyindən sonra hər gün bir stəkan içərək bu müalicəni davam etdirin. Yalnız qəbizlik üçün deyil, bir çox başqa sağlamlıq faydaları var. Qəbizliklə yanaşı, həzmə də kömək edir.
Aygün