RU

“Oturuşmuş heyətimiz yoxdur” - “Qarabağ”ın rəqibinin çalışdırıcısı ŞİKAYƏTLƏNDİ

Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Napoli”nin baş məşqçisi Antonio Konte komandanın bu mövsüm çətinliklərlə üzləşəcəyini düşünür.

Sportinfo.az xəbər verir ki, 56 yaşlı mütəxəssis deyib:

“Mənim hamını sakitlik və ehtiyatlı olmağa çağırmağımın bir səbəbi var: digər klublardan fərqli olaraq bizdə Çempionlar Liqası, İtaliya kuboku və Superkubok da daxil olmaqla bütün turnirlərdə mübarizə aparacaq qədər oturuşmuş heyət yoxdur.

Yeni oyunçularımız müxtəlif sistemlərdən gəlib və onlardan yüksək nəticələr gözlənilir. Biz meydanda çox çalışmalı, böyüməli və yeni səviyyəyə qalxmalıyıq. Amma bəzən vaxt çatmır, təcrübə isə yavaş gəlir.

Mən “möhtəşəm transfer kampaniyası” ilə bağlı söz-söhbətlər eşidəndə… Yaxşı, bu artıq tamam başqa hekayədir”.

ÇL-in 5-ci turunun “Napolj” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 26 noyabr, saat 00:00-da başlanacaq.

Çempionlar Liqasının 1-ci turunda Kontenin komandası “Mançester Siti”yə 0:2 hesabı ilə uduzub. A Seriyasında isə onlar 4 oyundan 12 xalla liderdirlər.

Избранный
6
sportinfo.az

1Источники