RU

Bakıda V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının açılış mərasimi olub

Sentyabrın 24-də Azərbaycan Dillər Universitetinin Türkiyənin Səlcuq Universiteti ilə birlikdə təşkil etdiyi V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının açılışı mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Sonra Türkiyə və Azərbaycan respublikalarının Dövlət Himni səsləndirilib.

ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professoru Həmidə Əliyevə bildirib ki, konfransda dünyanın 14 ölkəsinin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak edir.

Tədbirdə Türkiyənin Səlcuq Universitetinin prorektoru, professor Haldun Soydalın videotəbriki nümayiş olunub.

Daha sonra Səlcuq Universitetinin Mütərcim və tərcümanlıq bölməsinin rəhbəri, konfransın təşkilat komitəsinin sədri professor Onur Köksal, Azərbaycan Dillər Universitetinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru Qılıncxan Bayramov, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova, Səlcuq Universitetinin müəllimi Rövşən Ramizoğlu konfransla bağlı fikirlərini bölüşüblər.

Избранный
21
2
xalqqazeti.az

3Источники