RU

Məşhur məşqıçının evi qarət edildi

Portuqaliya milli futbol komandasının baş məşqçisi Roberto Martinesin evi Lissabonun yaxınlığında yerləşən Kaşkaş şəhərində qarət edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə A Bola qəzeti xəbər yayıb.

İspaniyalı mütəxəssisə təxminən bir milyon avro dəyərində ziyan vurulub. Oğrular əsasən zərgərlik əşyalarını və əl saatlarını aparıblar.

Roberto Martines həmin vaxt şəhərdə olmayıb. Evdə yalnız gecə-gündüz nəzarət edən qoruyucu olub və hadisəni gec aşkarlayıb.

Избранный
45
veteninfo.az

1Источники