RU

Rubio: “Ermənistan-Azərbaycan münaqişəsini Tramp həll edib”

”ABŞ Prezidenti Donald Tramp sülh təklifləri və təşəbbüslərinə dünyada hamıdan çox vaxt, enerji sərf edib, dünyada hamıdan daha çox uğur qazanıb.

Unutmayaq ki, Konqo Demokratik Respublikası və Ruandada müharibə olub və buna vasitəçilik edən də ABŞ Prezidenti olub. Ermənistanla Azərbaycan arasında nizamlanmaya vasitəçilik edən ABŞ Prezidenti olub. 

Tailand və Kamboca arasında münaqişəyə son qoyan da ABŞ Prezidenti olub. Hindistan və Pakistan arasında münaqişəyə son qoyan Tramp olub”.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Bu, Birləşmiş Ştatların prezidenti idi, dünyanın heç bir lideri deyildi”,-deyə Rubio qeyd edib.

Избранный
10
4
cebheinfo.az

5Источники