RU

Azərbaycanda vergi güzəştləri uzadılacaq? - AÇIQLAMA

2026‑cı ilin 1 yanvarından etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Gələn ilin dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu baxımdan, 7 ildir tətbiq edilən güzəştin artırılmayacağı ehtimal olunur.

Güzəştlərə əsasən, hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq. 

Bəs görəsən, özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti artırılacaq? Dördpendirli pizza

Yenisabah.az xəbər verir ki, deputat Vüqar Bayramov "Unikal"a açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 7 il müddətinə fiziki şəxslər gəlir vergisindən azad olunublar.

O xatırladıb ki, bu güzəşt müddəti gələn il yanvarın 1-də başa çatır: "Bu güzəşt özəl və qeyri-neft sektorunda çalışan vətəndaşlarımıza şamil olunurdu. Yəni, 14 və 25 faizlik gəlir vergisi ödəmirdilər. Onların əməkhaqqı vergidən azad idi. Yeddinci ildir ki, özəl sektorda çalışanlar əməkhaqqılarından gəlir vergisi vermirlər. Təklifimiz ondan ibarətdir ki, bu güzəşt müddəti uzadılsın. Güzəşt artırılmayacağı halda kiçik faiz tətbiq oluna bilər. Məsələn, 2% vergi tətbiq olunsun ki, sahibkar və vətəndaşın əməkhaqqısı üçün ciddi əlavə xərc yaratmasın. Qanunvericiliyə əsasən, güzəştdən əvvəl 14 və 25 faizlik vergi dərəcələrindən söhbət gedirdi. Bu, əmək müqaviləsi ilə çalışan bütün vətəndaşlarımızı əhatə edir. Növbəti il də güzəşt müddətinin uzadılması yaxşı olardı. Bu, vətəndaşların real əməkhaqqılarının qorunub-saxlanmasına imkan yaradacaq".


Telegram kanalımız
Избранный
27
4
yenisabah.az

5Источники