RU

Rusiyanın ən böyük qaz emalı zavodu iflic oldu – Ukrayna PUA-ları böyük zərər vurdu

Ukraynanın pilotsuz uçuş aparatları ilə hücumundan sonra Astraxan qaz emalı zavodunun fəaliyyəti tamamilə dayandırılıb. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi üç müstəqil mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, həm Rusiya, həm də Ukrayna mənbələri sentyabrın 22-də Astraxan vilayətinə PUA hücumu barədə məlumat yaymışdı. Zavod ərazisində baş vermiş yanğının izləri isə “Sentinel” peykindən əldə olunan şəkillərdə də aydın görünür.

Məlumata görə, yanğın müəssisənin №3 istehsalat sahəsində qeydə alınıb. Bu sahə sabit qaz kondensatının və yüngül karbohidrogenlərin geniş fraksiyasının (ŞFLC) emalı ilə məşğul olur.

 

Qeyd edək ki, Astraxan qaz emalı zavodu dünyanın ən iri qaz-kimya komplekslərindən biri, həmçinin Astraxan vilayətinin ən böyük sənaye müəssisəsi hesab olunur. Zavodun istehsal etdiyi məhsullar arasında benzin, dizel yanacağı, mazut və mayeləşdirilmiş qaz yer alır.

AzPolitika.info

Избранный
12
1
hurriyyet.az

2Источники