Bəllidi ki, ağdamlılar bu matçda qələbə qazanacağı təqdirdə liqa mərhələsini ilk “24-lük”də başa vurmaq ehtimalını əhəmiyyətli dərəcədə artıracaq. Və bunun üçün təcrübə, peşəkarlıq və əzmkarlıq nə qədər vacibdisə, ot örtüyünün durumu da o qədər vacibdi.
Sizi “Tofiq Bəhramov”un qazonunun ideal vəziyyətdə olmadığından xəbərdar etmişdik. Bunu “köhlən atlar”ın ÇL-nin pley-off mərhələsində “Ferentsvaroş”a, millimizin Ukraynaya qarşı oyununda da gördük.
Bəs, “Qarabağ” ot örtüyünün yaxşılaşdırılması yönündə hansısa işlər görürmü? Qazonun oyun gününə qədər ideal vəziyyətə gətirilməsi mümkündümü?
Bu sualla Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bəli, hazırda bu istiqamətdə intensiv çalışırıq. Klubun mütəxəssisləri Azərbaycan – Ukrayna matçından sonra ot örtüyünü nəzarətə götürüb və gücləndirilmiş iş rejimində çalışmağa başlayıb. Məqsəd ot örtüyünü oyun gününə qədər ən yaxşı hala gətirməkdi”.
KƏNAN BAHADIR