RU

Bu ərazidə avtomobil saxlayan sürücülərin NƏZƏRİNƏ – 40 manat cərimə oluna bilərsiniz

Paytaxtın Nizami rayonu 8-ci kilometr bazarının yaxınlığındakı yoldan istifadə edən sürücülər cərimələndiklərinin səbəbini bilmirlər. 

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, onlar sadəcə bir neçə dəqiqəlik avtomobili saxladıqları üçün 40 manat məbləğində cərimə olunurlar. Maraqlısı isə ərazidə nə dayanma-durma qadağan işarəsi var, nə də kameralar.

Bəs bu cərimə necə gəlir?

Məsələ ilə bağlı BŞDYPİ-dən bildirildi ki, nəqliyyat vasitələrinin piyadalar üçün nəzərdə tutulan səkilərdə, yolun hərəkəti hissəsinin 2-ci və sonrakı zolaqlarında, avtobus zolaqlarında, piyada keçidlərində, girişlərdə dayanma0durmaq qadağandır.

Belə olan halda sürücülərə alternativ variantlar təklif edilir. Sıxlığın yaranmaması və cərimə olunmamaq üçün bazar yaxınlığındakı 5 mərtəbəli dayanacaqdan istifadə edə bilərlər.

Избранный
10
8
konkret.az

9Источники