RU

Banqladeş naziri: Miqrantların uzun iş saatı problem olaraq qalır

Miqrant işçilərin uzun iş saatları və əmək şəraiti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri üçün əsas problem olaraq qalır. Bunu Banqladeş Xalq Respublikasının əmək və məşğulluq naziri Muhammad Sakhawat Hussain Bakıda Bakıda keçirilən tədbirdə  “İƏT-ə üzv ölkələr arasında əmək miqrasiyası” adlı paneldə çıxışı zamanı bildirib.


“Şikayətlər mexanizmi qurulub və müəyyən işlər görülür, lakin araşdırma aparılmalıdır ki, İƏT ölkələri olaraq miqrantlarla bağlı hansı mərhələdəyik. Biz istəyirik ki, yeni təşəbbüslər üçün əməkdaşlığı gücləndirək və digər üzv ölkələrdən faydalı biliklər öyrənək”, – Hussain deyib.

Gülnar Nazimqızı

Избранный
17
1
anews.az

2Источники