RU

İranda rekord sayda edam: 2025-ci ildə minə yaxın insanın həyatına son verilib...

Hüquq müdafiəçiləri bunu “kütləvi qətl kampaniyası” adlandırır...

İranda 2025-ci ilin əvvəlindən indiyədək ən azı 1000 nəfər edam edilib.

Poliqon xəbər verir ki, bu barədə Norveçdə yerləşən hüquq müdafiə təşkilatı Iran Human Rights (IHR) məlumat yayıb. Təkcə son bir həftə ərzində ölkə hakimiyyəti 64 ölüm hökmünü icra edib ki, bu da orta hesabla gündə doqquzdan çox edam deməkdir. Hüquq müdafiəçiləri baş verənləri “kütləvi qətl kampaniyası” kimi qiymətləndiriblər.

Rəsmi qeydə alınmış rəqəmlərə baxmayaraq, hüquq müdafiəçilərinin sözlərinə görə, real edamların sayı bundan da yüksək ola bilər. Beynəlxalq müşahidəçilərin məlumatına əsasən, İslam Respublikası dünyada edamların sayına görə Çindən sonra ikinci yerdədir. İyul ayında İsraillə baş vermiş müharibədən sonra ölkədə edam göstəriciləri kəskin artıb.

ABŞ və İsrailin İranın nüvə obyektlərinə aviazərbələrindən sonra rejim daxildə təzyiqləri daha da gücləndirib: minlərlə insan həbs olunub, edamlar sürətlənib, əhali üzərində sərt nəzarət tədbirləri tətbiq edilib. Məlumatlara görə, iyul ayından bəri 21 mindən çox şəxs saxlanılıb, şəhərlərdə yeni blok-postlar qurulub, mobil telefonlar seçmə qaydada yoxlanılır, internet mütəmadi olaraq kəsilir ki, etirazların qarşısı alınsın.

Qeyd edək ki, edamların artımı İsraillə müharibədən əvvəl də müşahidə olunurdu. 2024-cü ilin yayında vəzifəyə gələn prezident Məsud Pəzəşkian, seçildiyi dövrdə “mötədil siyasətçi” kimi təqdim olunsa da, əksinə, daxili repressiyaları daha da sərtləşdirib.

Poliqon.info

Избранный
19
poliqon.info

1Источники