RU

Sahibə Qafarova: Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var » AzadMedia.az


Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə brifinqdə danışıb.

Onun sözlərinə görə, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri regional müstəvidə Cənubi Qafqaz-Balkan əməkdaşlığına təkan vermək baxımından vacib əhəmiyyət daşıyır:

"Azərbaycanla Serbiya arasında bir sıra istiqamətlərdə münasibətlərin inkişafı üçün böyük potensial var. Bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının, həmçinin münasibətləri daha da inkişaf etdirmək istəyimizin göstəricisidir. Bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi böyük məmnunluq doğurur".
Избранный
20
4
azadmedia.az

5Источники