RU

Şahin Mustafayev iranın energetika naziri ilə görüşdü

İranın energetika naziri Abbas Əliabadi və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, bu barədə İran Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər ikitərəfli əlaqələrin gücləndirilməsinin, enerji, su və infrastruktur layihələri sahələrində mövcud imkanlardan istifadənin vacibliyini vurğulayıblar.

“İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensial var və hər iki tərəf bu imkanlardan maksimum istifadə etməlidir. İran və Azərbaycan xalqları arasında qardaşlıq hissi birgə layihələrin uğurla irəliləməsi üçün dəyərli dəstəkdir”, - Əlibadi deyib.

Şahin Mustafayev də birgə layihələrin uğurla başa çatacağına əmin olduğunu bildirib:

“Biz böyük bir heyətlə İrana səfər etmişik ki, bu da əlaqələrimizi gücləndirməkdə əzmimizi göstərir. Mövcud potensialı nəzərə alaraq, birgə layihələrin uğurla başa çatacağına əminik”.

Избранный
10
axar.az

1Источники