RU

ŞƏT-ə qoşulmaq istəyənlərin sayı artır - 19 ölkədən rəsmi müraciət

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük və ya status dəyişikliyi ilə bağlı 19 ölkədən müraciət daxil olub.

News365.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Nurlan Yermekbayev məlumat verib.

Onun sözlərinə görə, müraciətlərin çoxluğu ŞƏT-in beynəlxalq aləmdə nüfuzunun artdığını və təşkilatın məqsədlərinin bir çox dövlətlərin maraqları ilə üst-üstə düşdüyünü göstərir:

“Hazırda müxtəlif ölkələr üzv, tərəfdaş və ya müşahidəçi statusu qazanmaq üçün müraciət edib. Bu, təşkilatın cəlbediciliyini təsdiqləyir. Artıq ŞƏT icması 27 dövləti birləşdirir”.

Xatırladaq ki, avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçirilən ŞƏT sammitində 20-dən çox ölkə lideri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib. Sammit çərçivəsində 15 əməkdaşlıq sənədi imzalanıb.

News365.az 

Избранный
12
news365.az

1Источники