RU

"TikTok"un yaş məhdudiyyətlərinə dair tədbirlərinin yetərsiz olduğunu dedilər

Kanadada aparılan bir araşdırma nəticəsində, ölkədə reşit olmayan yüz minlərlə istifadəçisi olan sosial media platformu "TikTok"un yaş məhdudiyyətlərinə dair tədbirlərinin yetərsiz olduğu və çox sayda uşağın həssas şəxsi məlumatlarını topladığı müəyyən edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kanada hökuməti ABŞ-də uzun müddətdir məlumat təhlükəsizliyi narahatlıqları səbəbilə satılması və ya bağlanması gündəmdə olan "TikTok"la bağlı aparılan araşdırmanın hesabatını yayımlayıb.

Hesabatda qeyd olunur ki, "TikTok"un fərdi istifadəçi məzmunları və reklamlara qərar vermək üçün şəxsi məlumatları toplama və istifadə etmə üsulları Kanada məxfilik qanunlarına uyğunluq baxımından araşdırılıb.

Hesabatda bir çox əyalətdə 13 yaşdan aşağı uşaqlar üçün tətbiq olunan giriş məhdudiyyətinin icrası üçün "TikTok"un kifayət qədər tədbir görmədiyi vurğulanıb.

Избранный
30
1
operativmm.az

2Источники