RU

Səudiyyə Ərəbistanı klubu türk futbolçu transfer etdi

style='margin-bottom:10px;'>

Səudiyyə Ərəbistanının “Əl Ohdud” klubu türkiyəli futbolçu Burak İnceni transfer edib.

QOL.az xəbər verir ki, bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə razılaşmanın detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Burak daha əvvəl Türkiyədə “Altınordu”, Almaniyada “Arminiya”, Polşada “Slask”da çıxış edib. O, Türkiyənin U-21 millisinin də üzvüdür.

Избранный
15
1
teleqraf.com

2Источники