RU

Ana Brnabiç: Son beş ildə Serbiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində münasibətlər intensivləşib

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Son 5 ildə Serbiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində münasibətlər intensivləşib".

Oxu.Az-ın məlumatına görə, bunu Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç Milli Məclisin sədri Sahibə Qafarova ilə birgə keçirdiyi brifinqdə deyib:

"İqtisadi əməkdaşlıq sahəsində münasibətlərimiz son 5 ildə intensivləşib, 24 dəfə artıb, 20 milyon dollardan 560 milyon dollara çatıb: lakin bu bizim real potensialımızdan çox-çox aşağıdır. Hökumətlərimiz bu göstəricilərin inkişafında çox maraqlıdırlar".

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
oxu.az

2Источники