RU

Bakı metrosunda intervarl azaldıldı, bəs sıxlıq niyə azalmır? AÇIQLAMA

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 15-dən etibarən Bakı Metropolitenində payız-qış hərəkət qrafiki tətbiq olunub. Rəsmi məlumata görə, pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirilib.

Lakin sərnişinlərin sözlərinə görə, hələ də sıxlıq azalmayıb. Sosial şəbəkələrdə paylaşılan şikayətlərdə intervalın qısalmasının hiss edilmədiyi bildirilir. Bəzi istifadəçilər hətta 4-5 dəqiqə qatar gözlədiklərini qeyd edirlər. 

"Bakı Metropoliteni” QSC-dən AZXEBER.COM-un mövzu ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, Bakı metropolitenində son 16 ildə ilk dəfə intervalın azaldılmasına nail olunub:

"Bu ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində Bakı metropolitenində ilk dəfə Yaşıl və Qırmızı xətlərin ortaq hərəkət sahəsi olan "28 May-Əhmədli” istiqamətində və əksinə interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə, sentyabrın 15-dən isə payız-qış hərəkət qrafikinə əsasən, pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirilib.

Dəyişiklikdən sonra qeyd edilən "28 May-Əhmədli” sahəsində iş günləri səhər (saat 07:30–09:30) və axşam (saat 17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edir. Səhər saat 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında 2 dəqiqədən ibarətdir. Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılır”.

Qeyd edilib ki, "28 May” stansiyasından "Dərnəgül” və "İçərişəhər” istiqamətində qatarların hərəkət intervalı 2 dəfə artıq olur:

"Əlavə olaraq, səhər və günorta saatlarında zəruri istiqamətlərdə sərnişinsiz qatarlar ən sıx stansiyalara yönləndirilir, eləcə də sıxlığın tənzimlənməsi məqsədilə qatarlar "Memar Əcəmi” və "Neftçilər” stansiyalarından geri qartarılır. Həmçinin, sərnişin sıxlığı olan stansiyalarda əlavə işçi qüvvəsi ayrılır. Bundan əlavə, diğər mühəndis-texniki qurğular və stansiya infrastrukturu ilə bu və digər operativ qərarlar verilir”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
azxeber.com

1Источники