RU

139 ÖLKƏ ARASINDA 129 CU YER... Nazirliyin “əla nəticəsi” budur?

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Osman Gündüz: “Azərbaycan innovasiya ekosisteminin buiki kritik sahəsində dünyanın ən son sıralarında qərarlaşıb”

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ötən gün Azərbaycanda keçirilən investisiya forumunda deyilənlərlə beynəlxalq hesabatlarda qeyd olunan nəticələr arasında ziddiyyətlər olduğunu bildirib.

O, bir neçə gün öncə açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycanın ən zəif sahələrinin “biliklərin yayılması” (Knowledge diffusion) və “biliklərin mənimsənilməsi” (Knowledge absorption) olduğunu diqqətə çatdırıb.

Ekspertin sözlərinə görə, son iki ilin nəticələri göstərir ki, Azərbaycan innovasiya ekosisteminin bu iki kritik sahəsində dünyanın ən son sıralarında yer alıb.

“Knowledge diffusion” (biliklərin yayılması) göstəricisi ölkələrin istehsal etdiyi bilik və texnologiyaları dünya bazarına necə ixrac etdiyini ölçür. Bu göstəriciyə intellektual mülkiyyətdən gəlir, yüksək texnologiyalı məhsulların ixracı, İKT xidmətlərinin ixracı və ixrac strukturunun mürəkkəbliyi daxildir.

Azərbaycan üzrə nəticələr:

-2024-cü ildə 119-cu yer, 2025-ci ildə 129-cu yer (139 ölkə arasında);

- Yüksək texnologiyalı ixracdan gəlir sıfır səviyyədədir;

- Yüksək texnologiyalı ixrac üzrə 116-cı yer;

- İKT xidmətlərinin ixracı üzrə 108-ci yer.

Osman Gündüz bildirib ki, bu, ölkənin əsas ixracının hələ də xammal və ənənəvi məhsullardan ibarət olduğunu göstərir.

“Knowledge absorption” (biliklərin mənimsənilməsi) isə ölkələrin xaricdən gətirilən bilik və texnologiyaları necə mənimsədiyini ölçür. Bu göstərici yüksək texnologiyalı idxal, İKT xidmətlərinin idxalı, xarici sərmayə (FDI), bizneslərdə tədqiqatçıların payı və s. ilə bağlıdır.

Hesabatda qeyd olunur ki, bu sahədə Azərbaycan 2024-cü ildə 130-cu, 2025-ci ildə isə 134-cü yerə enib. Xarici sərmayə axını mənfidir (-2.8%), yəni ölkəyə innovasiya sahəsində kapital gəlmir, əksinə, çıxır.

Ekspert vurğulayıb ki, hesabatda Azərbaycan “biliklərin mənimsənilməsi” göstəricisi üzrə dünya üzrə axırdan beşinci yerdə qərarlaşıb.

Osman Gündüz bildirib ki, investisiya forumunda bəzi açıqlamalarda bu sahədə vəziyyətin “əla” olduğu bildirilsə də, beynəlxalq hesabatlar bunun əksini göstərir. O qeyd edib ki, Qlobal İnnovasiya İndeksi 2025 göstərir ki, Azərbaycan hələlik dünyaya bilik və texnologiya ixrac edə bilmir və qonşu ölkələr – Qazaxıstan, Gürcüstan və Özbəkistan bu istiqamətlərdə daha yaxşı nəticələr əldə edib.

Ekspert hesab edir ki, qərar qəbul edən qurumlar və əlaqədar strukturlar hesabatın nəticələrini ciddi şəkildə təhlil etməli, Beynəlxalq Reytinqlər üzrə Komissiyada və digər müvafiq platformalarda müzakirələr aparmalıdırlar. Həmçinin, innovasiya və İT sektorunda ixracı stimullaşdırmaq, xarici investisiyaları cəlb etmək və startap ekosistemini inkişaf etdirmək üçün ciddi addımlar atılmalıdır.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
azpolitika.info

1Источники