1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan müasir dünyada tədqiqat və innovasiya üçün körpü olacaq".
Oxu.Az xəbər verir ki, bunu "Times Higher Education" (THE) təşkilatının Qlobal əlaqələr üzrə baş direktoru Fil Bati Bakıda keçirilən Avrasiya universitetləri sammitində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan qlobal ali təhsildə ən mühüm regionlardan biridir:
"Yüksək inkişaf edən bir tədqiqat potensialı var. Keyfiyyətli şəkildə yüksəliş özünü göstərir. Coğrafi baxımından dünyada mərkəzdir. Şərqlə Qərb, Avropa ilə Asiya arasında körpüdür. Tarix, coğrafiya, ticarət, mədəniyyət və təhsil sahəsində də çox şeyi ifadə edir. Azərbaycan indi də müasir dünyada tədqiqat və innovasiya üçün körpü olacaq.
Biz həm Mərkəzi Asiya, həm də Qafqazda çox sayda tələbə kampusunun yaradılmasını istəyirik.
Qafqaz və Mərkəzi Asiya universitetlərinin dünya reytinqlərində təmsilçiliyimizdə artım var. Azərbaycan daha çox universitetin dünya reytinqinə daxil olması, performansa görə qlobal qızıl standartlarına çatmasına liderlik edir.
Həqiqətən, dinamik, hərəkətli bir vaxtdır. Siz görə bilərsiniz ki, beynəlxalq qonaqlar həqiqətən də bu imkandan istifadə etmək istəyirlər. Onlar bölgədəki böyük imkanlardan necə istifadə edə biləcəklərini düşünürlər".
Aygün Mirakif