RU

Bu ərazidə avtomobil saxlayan sürücülərin NƏZƏRİNƏ - 40 manat cərimə oluna bilərsiniz

Paytaxtın Nizami rayonu 8-ci kilometr bazarının yaxınlığındakı yoldan istifadə edən sürücülər cərimələndiklərinin səbəbini bilmirlər.
 
Onlar sadəcə bir neçə dəqiqəlik avtomobili saxladıqları üçün 40 manat məbləğində cərimə olunurlar. Maraqlısı isə ərazidə nə dayanma-durma qadağan işarəsi var, nə də kameralar.
 
Bəs bu cərimə necə gəlir?
 
Məsələ ilə bağlı BŞDYPİ-dən bildirildi ki, nəqliyyat vasitələrinin piyadalar üçün nəzərdə tutulan səkilərdə, yolun hərəkəti hissəsinin 2-ci və sonrakı zolaqlarında, avtobus zolaqlarında, piyada keçidlərində, girişlərdə dayanma0durmaq qadağandır.
 
Belə olan halda sürücülərə alternativ variantlar təklif edilir. Sıxlığın yaranmaması və cərimə olunmamaq üçün bazar yaxınlığındakı 5 mərtəbəli dayanacaqdan istifadə edə bilərlər. /Milli.az/
 
Избранный
13
8
moderator.az

9Источники