RU

Məktəb direktorları nazirliyin göstərişi ilə pul yığır? Sabiq deputatdan AÇIQLAMA

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Dərslər başlamadan əvvəl müxtəlif səs yazıları yayıldı. Orada fond pulu, süpürgə pulu, xlor pulu, A4 kağızı üçün pul yığılması barədə danışılırdı. Bu, ayrı-ayrı direktorların qərarı deyil, mərkəzləşdirilmiş prosesdir və məsuliyyətin başında Təhsil Nazirliyi dayanır".Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib.O, bildirib ki, məktəblərdə bu hallar tez-tez təkrarlanır:"Bu həm məktəbin nüfuzuna zərbə vurur, həm də valideynlərin və şagirdlərin münasibətini dəyişir. Nəticədə vəziyyət zəncirvari reaksiyaya çevrilir. Valideynlərin sözlərinə görə, direktorların qəbuluna gedəndə onlardan telefonlarını çöldə qoymaq tələb olunur ki, səs yazısı götürülməsin. Bu da şəffaflığın olmadığına işarədir".Etibar Əliyevin sözlərinə görə, məktəb cəmiyyət üçün ən önəmli məkanlardan biridir:"Burada uşaqlar təhsil alır, tərbiyə olunur, fiziki cəhətdən inkişaf edirlər. Təəssüf ki, nə Təhsil Nazirliyi, nə də Bakı Şəhər Təhsil İdarəsi davamiyyət məsələsinə diqqət yetirmir. Halbuki yuxarı sinif şagirdlərinin çoxu dərsə gəlmir və direktorlarla razılaşma yolu seçilir.Təhsil heç vaxt rüşvətə çevrilməməlidir. Onsuz da valideynlər repetitorlara kifayət qədər vəsait xərcləyirlər. Hazırda tələbələrin təxminən 50%-i ödənişli əsaslarla oxuyur və bu, ailələr üçün ciddi maliyyə yüküdür".O, bildirib ki, uşaqlar məktəbdə xoş mühitdə oxumalı, dərsdən zövq almalıdırlar:"Onların kütləvi şəkildə dərslərdən yayınması həm tərbiyələrinə, həm də fiziki inkişaflarına mənfi təsir göstərir.

Zəfər qazanmış ölkənin təhsili də uğurlu olmalıdır. Təhsilin bütün istiqamətlərində inkişaf təmin edilməli, elm yüksəlişə doğru aparılmalıdır. Tarix göstərir ki, hər bir ölkənin tərəqqisi məhz məktəbin inkişafından başlayır və bu prosesdə məktəb mərkəzi rol oynayır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
demokrat.az

2Источники