RU

"Qarabağ"ın oyununa biletlər satışa çıxarıldı

Premyer Liqanın 6-cı turunda "Qəbələ" ilə qarşılaşacaq "Qarabağ"ın ev oyununun biletləri satışa çıxarılıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər saat 12:00-dan etibarən satışdadır. 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Satış məntəqələrinə gəlincə, oyunu izləmək istəyənlər biletləri "iTicket.az"-dan onlayn sifariş verə, oyun günü isə həm də “Azersun Arena”nın kassasından ala bilərlər.

Избранный
22
5
fanat.az

7Источники