RU

Hamilə olduğunu doğuş zamanı öyrəndi – FOTO

Becca Conson adlı qadın hamilə olduğundan xəbərsiz şəkildə üçüncü övladını dünyaya gətirib.

Bizim.Media xəbər verir ki, hadisə ABŞ-ın Virciniya ştatında baş verib.

Sentyabrın 9-da, çərşənbə axşamı günü Conson qarın ağrı isə oyandığını deyib.

“Biz təcili yardıma getdik, məni qəbul etdilər. Otura bilmirdim, belim ağrıyırdı. Mən onlara deyirəm ki, ağrı belimdədir, amma indi ön tərəfə də vurur. Onlar böyrək daşları və ya kistadan şübhələnmişdilər,” – deyə o bildirib.

Bundan sonrakı hadisələr hamını heyrətə salıb.

“Mən tez tualetə qaçdım və dedim: “Aman Allahım, əgər bu sadəcə qəbizlikdirsə, üzr istəyirəm. Özümü çox pis hiss edirəm”, deyə o, əlavə edib.

Cəmi bir neçə dəqiqə sonra Becca üçüncü qızını Karli Evangelinanı qucağında saxlayıb. Körpənin çəkisi 3 kq 400 qram, boyu isə 48 sm olub.

Conson bildirib ki, bütün doqquz ay ərzində özünü yaxşı hiss edib və heç vaxt hamilə olduğunu, üstəlik qarnında uşaq daşıdığını ağlına gətirməyib. Becca Conson artıq üç uşağın anasıdır.
 

Conson və həyat yoldaşı 2011-ci ildən bəri evləndikdən sonra uzun illər ərzində sonsuzluq müalicələrindən keçiblər.


2016-cı ildə onlar ilk övladlarını qarşılayıblar. Amma həkimlər Consona xəbərdarlıq etmişdilər ki, tibbi müdaxilə olmadan bir daha hamilə qala bilməyəcək.

Amma 2024-cü ilin avqustunda onların ikinci qızı dünyaya gəlib.

İndi isə cütlük üç övlad sahibidir. Conson son körpələrini möcüzə adlandırır.




Bizim.Media

Избранный
8
bizim.media

1Источники