RU

Fransa konsulluğunun Qüdsdəki ünvanı “Fələstin” olaraq qeyd edilib

Qüdsün qərb hissəsində Emil Bott küçəsində yerləşən Fransa konsulluğunun ünvanı indi Avropa İttifaqının saytında “Fələstin” kimi göstərilir.

Bu barədə “Report” “Ynet”ə istinadən xəbər verir.

Nəşr hesab edir ki, Fransa Fələstin dövlətini tanıdıqdan sonra veb-saytda bu ünvan dəyişikliyini tələb edib və İsrail də, çox güman ki, Avropa İttifaqından əvvəlki ünvanı bərpa etməyi tələb edəcək.

Böyük Britaniya da öz səfirliklərindən birinin ünvanını “Fələstin” olaraq dəyişdirib – bu, yalnız Şərqi Qüdsdə yerləşən səfirliyin ünvanıdır.

Избранный
24
1
7times.az

2Источники