RU

Gümrünün meri üçün sayılı günlər qalıb

İrəvanda keçirilən  “Demokratiya Forumu” nun zalında Paşinyan tərəfindən şəhər merləri ilə  bağlı səslənən ifadə konkret siyasi göstəriş kimi qiymətləndirilə bilər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli Joxovurd qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Baş nazir Nikol Paşinyan forumda Vanadzordakı hadisələrlə müqayisə apararaq bildirib ki, orada seçilmiş meri Mamikon Aslanyan həbs edilib, kriminal keçmişi olan Arkadi Peleşyan (Aka) isə seçilmədən şəhərə rəhbərlik edir. “Siz daim deyirsiniz: Vanadzor, Vanadzor — bəs niyə Gümrüdə baş verənləri görmürsünüz? Hüquq-mühafizə orqanları qeydə alıblar ki, seçkiöncəsi rüşvət paylanırdı, mer bir neçə səs və ya 100 səs fərqi ilə şəhər başçısı oldu. Amma heç kim mitinqlər təşkil etməyib. Siz həmişə deyirsiniz: Vanadzor, Vanadzor. Müxalifət 20-30-50 milyon dram rüşvət paylayıb — heç nə? Belə olmaz”,-deyə Paşinyan qeyd edib.

Qəzet yazır ki, Paşinyanın bu çıxışı faktiki olaraq hüquq-mühafizə orqanlarına Gümrünün müxalifətçi meri Vardan Qukasyanın devrilməsi istiqamətində yol xəritəsi vermək deməkdir.

Musavat.com

Избранный
51
musavat.com

1Источники