RU

Nəsimi festivalı şairin doğma diyarı Şamaxıda davam edir (FOTO)

Bakı. Trend:

Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının ikinci günüdahi şairin doğma yurdu Şamaxıda davam edir.

Trend xəbər verir ki, ilkdəfə olaraq Nəsimi Bağları Kompleksində keçirilən festival tanınmışvə sevilən xanəndələr, vokalçılar, qiraətçilərin iştirakı iləİmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramlabaşlayıb.

Xalq artisti Munis Şərifovun bədii rəhbəri olduğu Qədim MusiqiAlətləri Ansamblının müşayiəti ilə xanəndələr Alim Qasımov, FərqanəQasımovanın, həmçinin İlkin Dövlətov, Hüseyn Məlikovun ifalarısəslənib, qiraətçilər Mehriban Zəki, Xalidə Quliyeva, XəzərSüleymanlı, Qasım Nağı, Əliağa Tapdıqov, Firuzə İsmayıl, LaləSüleymanlının təqdimatında şeirlər oxunub.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı,ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat vəincəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biriolmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərəkşeir və incəsənətin yaşadılması məqsədi daşıyır. Böyük şairinşeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar bugün də öz məna qüvvəsi ilə aktuallığını qoruyub saxlayır.

Fesitval axşam saatlarında bədii proqram və “Nəsimi dastanı”baletinin yeni quruluşda təqdimatı ilə davam edəcək.

Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Nəsimi
Избранный
8
10
az.trend.az

10Источники