RU

Kəpəz in uğursuz startla diqqət çəkməsi mənim üçün sürpriz olmadı Aslan Kərimov

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misli Premyer Liqasında artıq 5 tur geridə qalıb. Əlbəttə, çempionat uzun marafondur və sonda nəyin necə olacağını indidən demək olmaz. Amma bu da var ki, bir neçə matçda nəyə qadir olduğunu ortaya qoyan komandaların gerçək potensialını dəyərləndirmək mümkündür. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb bu yöndə fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ümumi olaraq onu deyə bilərəm ki, avrokuboklar uğrunda mübarizə aparacaqlarını düşündüyüm komandalar - "Zirə", "Araz-Naxçıvan", "Neftçi", "Turan Tovuz" və "Sabah" gözləntilərimdən çox da kənara çıxmayıblar. Belə başlanğıc izləyəcəyimizi, "Qarabağ"ın xal itkiləri ilə üzləşə biləcəyini təxmin edirdim. "Qarabağ" üçün iki cəbhədə mübarizə aparmağın çətin olacağı bəlli idi. "Neftçi" nəticə baxımından bir qədər təəccübləndirdi. Yəni bu komanda 5 tura daha çox xal toplaya bilərdi. Elə oyunlar oldu ki, "Neftçi"nin futbolçusu boş qapıya yol tapmaq işinin öhdəsindən gəlmədi. Qol vura bilmirsənsə, xal itkisi qaçılmazdır. 

"Kəpəz"in uğursuz startla diqqət çəkməsi mənim üçün sürpriz olmadı. Bütün komandalar transfer bazarında aktiv olsalar da, yalnız "Kəpəz" qeyri-fəal idi. Baş məşqçi təyinatını da gecikdirdilər. Vaxtında yaxşı heyət qurmamısansa, rəqiblərin legioner limitinin ləğvindən istifadə edib komplektləşiblərsə, məğlubiyyətlər qaçılmazdır. 

Əvəzində "İmişli" gözləmədiyimiz qələbələrlə yadda qaldı. Öz günahları sayəsində texniki məğlubiyyət laraq 3 xal itirsələr də... Əslində, "Sumqayıt"a yaxşı oyunla qalib gəlməmişdilər. Yalnız müdafiə olunurdular. 5-ci turda "Karvan-Yevlax"ı 3:0 hesabı ilə yendikləri qarşılaşmada isə qələbəyə layiq idilər. Deyərdim ki, "İmişli" sonuncu yeri tutmamaq üçün indidən çox iş görüb. Hərçənd bu komandanın sonrada problemləri ola bilər. Hələ daha güclü rəqiblərə qarşı oynamalı olacaqlar. 

Daha çox yerli uşaqlara güvənən "Qəbələ"nin ilk 5 turda özünü yaxşı tərəfdən göstərməsi müsbət haldır. Xal hesabını nəzərdə tutmuram, performans etibarı ilə "qırmızı-qaralar" xoş təsir bağışlayırlar. Bu, yerli futbolçular adına xoş mənzərədir. Qalan hər şey öz axarı ilə gedir".

Nihat 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
fanat.az

2Источники