RU

Gürcüstan aralarında azərbaycanlı da olan 20 əcnəbini deportasiya etdi

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti ölkədə qanunsuz yaşayan 20 əcnəbini Gürcüstandan çıxarıb.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, nazirlikdən verilən məlumata görə, ölkədən çıxarılan şəxslər Hindistan, Rusiya, Pakistan, Türkiyə, Türkmənistan, Azərbaycan, İran, Nigeriya və Tailand vətəndaşlarıdır.

Gürcüstanda qanunsuz yaşadıqlarına görə onların qanunvericiliyə uyğun olaraq gələcəkdə ölkəyə girişləri də qadağan edilib.

DİN bildirib ki, Miqrasiya Departamentinin əsas vəzifələrindən biri ölkədə qanuni əsas olmadan yaşayan əcnəbi vətəndaşları müəyyən etmək və onların çıxarılmasını təmin etməkdir. Nazirlik qeyd edib ki, son tədbirlər ölkədə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına xidmət edir.

Избранный
14
2
bakivaxti.az

3Источники