Yasamal rayonunun Cəfər Cabbarlı küçəsinin bir hissəsində təmir işləri aparılır - FOTO
Vətəndaşların təhlükəsiz və komfortlu hərəkətinin təmin olunması məqsədilə Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayan hissəsində qısa müddətli təmir işləri həyata keçirilir.1news.az AAYDA-daya istinadən xəbər verir ki, Təmir çərçivəsində sözügedən ərazidə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü sökülərək yeni asfalt-beton örtüyü ilə əvəz olunacaq. Bu məqsədlə əvvəlcə mövcud asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır. Ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq. Təmir işlərinin 25 sentyabr tarixində, axşam saat 24:00-dək başa çatdırılması nəzərdə tutulur.