ain.az bildirir, Ayna saytına əsaslanaraq.
"Ukraynanın Avropa İttifaqının və NATO-nun dəstəyi ilə öz ərazi bütövlüyünü bərpa etməsi mümkündür”
“Ukrayna və Rusiya arasında olan hərbi və iqtisadi vəziyyəti tam başa düşdükdən və bu müharibənin Rusiyaya yaratdığı iqtisadi çətinlikləri gördükdən sonra düşünürəm ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz ərazi bütövlüyünü bərpa edərək mübarizəni qazana bilər. Vaxt, səbr və xüsusilə NATO və Avropanın maliyyə dəstəyi ilə müharibənin başlandığı sərhədlərə qayıtmaq tamamilə mümkündür. Niyə də olmasın?”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə görüşündən sonra deyib.
Amerika lideri bildirib ki, Rusiya bu müharibəni artıq üç ildən çoxdur ki, nəticəsiz və məqsədsiz şəkildə davam etdirir: “Bu vəziyyət Rusiyanı heç də güclü göstərmir, əksinə, “kağız pələng” kimi göstərir. Moskva və Rusiyanın bütün böyük şəhərlərində, qəsəbələrində və bölgələrində yaşayan insanlar baş verənlərin əslində nədən ibarət olduğunu, müharibə ilə bağlı həqiqətləri, benzin növbələrinin uzandığını və savaş iqtisadiyyatının səbəb olduğu digər çətinlikləri öyrəndikdə, yəni ölkənin bütün maliyyə resurslarının Ukrayna ilə müharibəyə sərf edildiyini gördükdə Ukrayna ruh yüksəkliyi ilə və durmadan güclənərək, öz torpaqlarını geri almağa və bəlkə də ondan da irəli getməyə qadirdir”.
“Putin və Rusiya ciddi iqtisadi böhran içindədir və bu, Ukraynanın hərəkətə keçməsi üçün uyğun zamandır. Hər iki ölkəyə uğurlar arzu edirəm. Biz isə silahları NATO-ya təqdim etməyə davam edəcəyik ki, onlar da onları necə istəsələr, o cür istifadə etsinlər”, - Tramp əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.