RU

Rəqabət Məcəlləsi: Kağız üzərində qalan islahat

Hurriyyet saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan iqtisadi həyatında 17 illik maneədən və müzakirələrdən sonra nəhayət qəbul edilən Rəqabət Məcəlləsi böyük ümidlər doğurmuşdu. İctimaiyyət gözləyirdi ki, bu sənəd bazarda inhisarçılığın qarşısını alacaq, azad rəqabəti təmin edəcək və nəticədə həm sahibkarların, həm də istehlakçıların maraqlarını qoruyacaq. Lakin məcəllənin qəbulundan artıq 1 il 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, real həyatda ciddi dəyişiklik müşahidə olunmur.

Ən böyük problem odur ki, monopoliya hələ də davam edir. Qiymətlərin süni formalaşdırılması, bazarda müəyyən şirkətlərin üstünlüyü və rəqabəti məhdudlaşdıran amillər aradan qaldırılmayıb. Qanun qəbul edilsə də, onun icrasını təmin etməli olan qurum Prezident yanında Antiinhisar siyasəti və İstehlak Bazarına Nəzarət Palatasının fəaliyyəti yoxdur. Bu isə rəqabət mühitinin yalnız kağız üzərində mövcud olduğuna işarədir.

Digər tərəfdən, Antiinhisarın fəaliyyətsizliyi ictimai etimadı sarsıdır. Əgər məcəllə qəbul olunubsa, lakin onun mexanizmləri işləmir və real nəticələr vermirsə, bu, sadəcə formal bir addım kimi görünür. Bir müddət bundan əvvəl monopolistlərlə savaşa bilməsi üçün prezidentin qərarı ilə Antiinhisar İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarılaraq Prezident yanında ayrıca bir quruma çevrildi. Ancaq buda heç bir nəticə vermədi. Ümumiyyətlə bu qurumun varlığı ilə yoxluğu arasında heç bir fərq yoxdur.

Nəticə olaraq, Rəqabət Məcəlləsinin qəbulunu islahat kimi təqdim etmək mümkündür, amma praktik fayda olmadığı müddətdə onun cəmiyyət və iqtisadiyyat üçün dəyəri yoxdur. İctimaiyyətin gözləntisi isə aydındır: qanun kağız üzərində yox, bazarda işləməlidir.

İlkin MƏMMƏDKƏRİMLİ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
3
hurriyyet.az

4Источники