RU

AHİK-də tələbələr arasında idman yarışlarının təşkili ilə bağlı görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları (ETİHİ) Respublika Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) rəhbər şəxslərinin, həmçinin ali təhsil müəssisələrinin Tələbə Həmkarlar İttifaqı Komitə sədrlərinin iştirakı ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə qeyd olunub ki, ETİHİ, AHİİTA və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşəbbüsü ilə 2025-ci ilin sonunadək tələbələr arasında müxtəlif idman yarışları təşkil ediləcək. Bu yarışların əsas məqsədi tələbələrin sağlam həyat tərzinin təşviqi, gənclərin sosial fəallığının artırılması və idmana marağın gücləndirilməsidir.

ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxışında ölkəmizdə idmanın, xüsusilə də şahmatın inkişafına diqqət çəkib. O bildirib ki, ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək şahmat turnirinin əsas məqsədi bu idman növünün təbliği, tələbələrdə şahmata marağın artırılması və gənclərin intellektual inkişafının dəstəklənməsidir.

Избранный
3
1
ikisahil.az

2Источники