RU

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Verx-İsetski Rayon Məhkəməsi Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, onun həbsdə saxlanma müddəti 30 dekabr 2025-ci il tarixinədək qüvvədə qalacaq.
Məlumata görə, Ural diasporunun rəhbəri Fehruz Şirinovun öldürülməsinə cəhddə (Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsi, 105-ci maddəsi), habelə dövlət məmuruna qarşı zorakılıqda (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi) iştirakda ittiham olunur.
Fehruz Şirinova qarşı sui-qəsd cəhdi 2010-cu ildə baş verib. Amma Fehruzun bəxti gətirib - qatilin tapançası açılmayıb. İstintaqın versiyasına görə, hadisəni törədən digər azərbaycanlı Elman Süleymanov olub (o, təbii səbəblərdən ölüb). Onun ölümündən əvvəl hücumu sifariş edən şəxsin adını çəkdiyi iddia edilir.
Ş.Şıxlinski bu ilin iyul ayının sonunda axtarışa verilib, avqustun əvvəlində isə həbs olunaraq Moskvadan Yekaterinburqa aparılıb və İstintaq Orqanı tərəfindən dindirilib.
Избранный
29
4
oxu.az

5Источники