RU

Macarıstanın “Qadınlar kəndi”: Yüzlərlə kişinin həyatına son qoyan dəhşətli tarix

1929-cu ilin dekabrında Macarıstanın Szolnok şəhərində məhkəmə zalında ölkəni sarsıdan hadisə üzrə dinləmələr başlayıb. Məhkəmə qarşısında 26 qadın dayanıb. Onların hamısı Budapeştdən 130 km uzaqlıqda yerləşən Nagyrev kəndinin sakinləri idi və ərlərini məqsədli şəkildə zəhərləməkdə ittiham olunurdu.

O dövrün "New York Times" qəzetində dərc edilən məlumatlara görə, 1911-1929-cu illər arasında 50-dən çox kişi öldürülmüşdü. Bəzi mənbələr isə ümumi qurbanların sayının 300 nəfərə qədər yüksəldiyini iddia edirdi.

Bu işdə ən çox adı çəkilən isə kəndin məşhur "mama"sı Zsuzsanna Fazekas idi. Həkim və ya ruhaninin olmadığı bölgədə tibb biliklərinə sahib olan Fazekas qadınların güvəndiyi birinə çevrilmişdi. Onun zəhər hazırlama üsulu sadə idi.

Kənddə evliliklər adətən çox gənc qadınlar və yaşlı kişilər arasında qurulurdu. Boşanma mümkün deyildi. Qadınlar şiddət, zorakılıq və xəyanətlə üzləşirdilər. Fazekas şikayət edən qadınlara "həll" olaraq zəhəri təklif edirdi.

Məhkəmə və cəzalar

1929-cu ildə başlayan məhkəmə prosesində 26 qadından 8-i edama, 7-si isə ömürlük həbsə məhkum edildi. Digərləri də müxtəlif müddətli həbs cəzaları aldı. Cinayətləri etiraf edənlər az idi, motivlər isə tam açıqlanmayıb. Kimisi yoxsulluğu, kimisi acgözlülüyü, bəziləri isə hətta can sıxıntısını səbəb göstərirdi.

Bəzi iddialara görə, Birinci Dünya Müharibəsi zamanı kişilər cəbhədə olarkən qadınlar kəndə gətirilən rus əsirləri ilə münasibət qurmuş, sonra ərləri geri döndükdə azadlıqlarını itirmək istəməyərək onları aradan götürməyə qərar vermişdilər.

Kütləvi zəhərləmələr yalnız Nagyrevdə deyil, yaxınlıqdakı kəndlərdə də araşdırılıb. Bu hadisələr Avstriya-Macarıstan imperiyasının dağılma dövründə baş vermiş və bütün bölgədə yüzlərlə kişinin müəmmalı ölümü ilə nəticələnmişdi.

Fidan
Milli.Az

Избранный
12
4
milli.az

5Источники