RU

Afrikanın ölçüləri yanlış təqdim olunur - Foto

Afrikanın

Afrika 30,4 milyon kvadrat kilometr ərazisi ilə Avrasiyadan sonra dünyanın ikinci ən böyük qitəsidir. Lakin XVI əsrdə hazırlanmış, zamanında bütün dünyaya həqiqi bir tarixi göstərici kimi təqdim olunan, elm aləmində qəbul edilən Merkator proyeksiyası Afrikanın ölçülərini kiçildməklə, Avropanı və Şimali Amerikanı daha böyük göstərir.

Reyting.az
xəbər verir ki, bunu mütəxəssislər bildiriblər.

Onların sözlərinə görə, artıq Afrika ilə bağlı yanlışa son qoymağın zamanıdır.

Alimlər qeyd ediblər ki, elə bu səbəbdən çox vaxt Afrikanın həqiqi miqyası düzgün qəbul edilmir. Yeni vizuallaşdırmalar isə ABŞ, Çin, Hindistan və Qərbi Avropanın böyük bir hissəsinin Afrikanın daxilində yerləşə biləcəyini nümayiş etdirir.



Qeyd olunur ki, məsələ ilə bağlı artıq siyasi və ictimai dairələr də hərəkətə keçiblər. Afrika İttifaqı bu köhnə problemin tez bir zamanda həll olunması üçün növbəti dəfə beynəlxalq qurumlara müraciət edib.

Afrika İttifaqının yeganə tələbi artıq köhnəlmiş, həmçinin yanlış çəkilmiş qədim Merkator xəritələrinin istifadəsinə son qoyulması və yeni xəritələrin işlənməsidir.

Oqtay QORÇU
Избранный
18
1
reyting.az

2Источники