Sentyabrın 23-nə keçən gecə Masallıda itkin düşən 14 yaşlı oğlan tapılıb.
Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya 2011-ci il təvəllüdlü Ü.T.-nin olduğu yerinin polis tərəfindən müəyyən edildiyi bildirilib.
Yeniyetmə tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, Masallı şəhər sakini K.Tağıyeva ərizə ilə polisə müraciət edərək 2011-ci il təvəllüdlü oğlu, 8-ci sinif şagirdi Ü.T-nin itkin düşdüyünü bildirib.