Müğənni Nadir Qafarzadə qalmaqallı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, Nadir “Şou MTV”yə danışarkən TikTok-la bağlı fikirlər səsləndirib.
Qafarzadə söyləyib ki, uşaqlara analar nəzarət etməlidir:
“Baxırsan, bugünkü gəncliyimiz “TikTok”larda itib-batır. Hoqqa verirlər, olmaz. Ən çox da günahkar kimdir? Analar. Biz kişilər səhər papağımızı başımıza qoyuruq, o da varsa, qoyuruq, gedirik pul qazanmağa. Evdə uşaqla anası qalır. Əziz gənc analar, sizdən rica edirəm, gəncliyimizi qoruyun.
Qızlarınızı TikTok-dan, “İnstagram”dan uzaq tutun. Vaxtı gələndə həmin sosial şəbəkələrə daxil olacaqlar, amma indi yox. Məsələn, qızlara oğlan kimi rəqs etdirirlər. Olmaz. Qoyun, qızlarımız xanım kimi böyüsünlər”.
Sara, Bizim.Media