RU

Laçında Ekoloji məsələlər üzrə İşçi qrupun növbəti iclası keçirilib - YENİLƏNİB

Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasda ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

***

13:01

Laçın şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

APA-nın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, iclasda ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və digər rəsmi şəxslər iştirak edir.

Qeyd edək ki, iclasda işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biomüxtəlifliyin qorunması məqsədilə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və mövcud qorunan ərazilərin fəaliyyətinin bərpası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər və zərərsizləşdimə poliqon sahələri, işğaldan azad edilmiş ərazilərdə yerin təkindən istifadənin tənzimlənməsində qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə ediləcək.

Избранный
10
11
apa.az

10Источники